Səfirlik: Kapitan İsmayılovun meyiti hələ də tapılmayıb

      Səfirlik:    Kapitan İsmayılovun meyiti hələ də tapılmayıb
  08 Yanvar 2019    Oxunub:2802
Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan gəmidə olan azərbaycanlılardan biri hələ də tapılmayıb.

Bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.
“Dünən hava şəraiti pis olduğu üçün axtarışlar çətinləşmişdi. Bu gün hava şəraiti normaldır, hazırda axtarışlar davam edir”.

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb. Qəza zamanı onun da həlak olduğu bildirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səfirlik   Gəmi  





Xəbər lenti