BNA küləklə bağlı sərnişinlərə müraciət etdi

BNA küləklə bağlı sərnişinlərə müraciət etdi
  08 Yanvar 2019    Oxunub:1714
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş olunur.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Azvision.az


Teqlər: BNA   Külək  





Xəbər lenti