Mehman Hüseynovla görüşən komitə üzvü: “Vəziyyəti yaxşıdır, narazılığı yoxdur” - FOTO

Mehman Hüseynovla görüşən komitə üzvü:  “Vəziyyəti yaxşıdır, narazılığı yoxdur” - FOTO
  08 Yanvar 2019    Oxunub:16937
“Mehman Hüseynovun vəziyyəti yaxşıdır. O, özünü normal hiss edir, heç bir problemi yoxdur”
Bu barədə AzVision.az -a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Milli QHT Formunun prezidenti Rauf Zeyni məlumat verib.

O, bildirib ki, M.Hüseynov bu gün atası ilə də görüşüb: “Mehman bu gün atası, Qırmızı Xaç Komitəsinin, digər beynəlxalq təşkilatların, o cümlədən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşüb. Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”.



Qeyd edək ki, bu gün Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri həbsdə olan blogger Mehman Hüseynovla görüşüblər.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Mehman-Hüseynov  





Xəbər lenti