Gəmi qəzasında ölən azərbaycanlının meyiti ailəsinə təhvil verilməyib

  Gəmi qəzasında ölən azərbaycanlının meyiti ailəsinə təhvil verilməyib
  09 Yanvar 2019    Oxunub:2996
Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğramasından 2 gün keçir. Lakin qəza zamanı itkin düşən azərbaycanlılardan biri hələ də tapılmayıb.

Bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.
Həmçinin qeyd edilib ki, qəza zamanı dünyasını dəyişən gəmi kapitanının baş köməkçisi Məmmədəli İbrahimovun meyiti ailəsinə təhvil verilməyib, hazırda morqdadır.

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub. Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Gəmi   Qəza   Qara-Dəniz  





Xəbər lenti