Bakıda 3 nəfərin öldüyü partlayışın səbəbi açıqlandı

Bakıda 3 nəfərin öldüyü partlayışın səbəbi açıqlandı
  09 Yanvar 2019    Oxunub:1792
Xəbər verdiyimiz kimi, yanvarın 9-da gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli ikiotaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
Yasamal Rayon İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi məlum olub.

"Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir" - deyə, məlumatda qeyd olunub.

Azvision.az




Teqlər: Yasamal  





Xəbər lenti