Zurabişvili 1 milyon lari kredit borcunu ödədi

   Zurabişvili 1 milyon lari kredit borcunu ödədi
  09 Yanvar 2019    Oxunub:2409
Gürcüstanın yeni prezidenti Salome Zurabişvili “Kartu” bankdan götürdüyü 1 milyon lari kredit borcunu ödəyib.
Azvision.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Zurabişvili krediti 2018-ci ilin oktyabrında prezident seçkiləri öncəsi götürüb.

Belə ki, dövlət büdcəsindən onun hesabına bir milyon lari məbləğində (375 246 dollar) vəsait köçürülüb. Məbləğ Zurabişvilinin prezident seçkiləri zamanı xərclədiyi vəsaitlərin ödənilməsi məqsədi ilə ayrılıb. O, həmin pulla kredit borcunu qaytarıb.

Azvision.az



Teqlər: Gürcüstan   Zurabişvili  





Xəbər lenti