Novruz bayramı ərəfəsində əfv ola bilər

 Novruz bayramı ərəfəsində əfv ola bilər
  09 Yanvar 2019    Oxunub:3837
“İndiyə kimi olan təcrübələrə baxsaq görərik ki, mart ayında cənab prezidentin əfv sərəncamları olub. Yalnız ötən il əfv cümhuriyyətin 100 illiyi ilə əlaqədar may ayına təsadüf edib. Ondan əvvəlki illərdə bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamı verilib".
Bunu Azvision.az -a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində əfv ola bilər: "Bununla bağlı son qərarı cənab prezident verir. İndidən qəti fikir söyləmək doğru olmaz".

Ə.Nuriyev, həmçinin qeyd edib ki, Əfv Məsələləri Komissiyası fasiləsiz iş aparır, sənədlər qəbul olunur və müvafiq arayışlar hazırlanır.

Qeyd edək ki, dövlət başçısı ötən il mayın 24-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 634 məhkuma şamil olunub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əfv   Mart  





Xəbər lenti