“İranın Azərbaycanla olan sərhədi ən təhlükəsiz bölgədir” - General

  09 Yanvar 2019    Oxunub : 1303
 “İranın Azərbaycanla olan sərhədi ən təhlükəsiz bölgədir” - General
İran-Azərbaycan sərhədindəki təhlükəsizlik davamlı xarakter daşıyır. İki qonşu və dost ölkənin sərhədçilərinin səmərəli əməkdaşlığı nəticəsində sərhəddə təhlükəsizlik təmin edilib.
Bu sözləri Ərdəbilə səfər edərək Azərbaycan ilə İran arasındakı sərhəd-mühafizə məntəqələrinə baxış keçirən sərhəd qoşunları komandanı general Qasım Rezayi deyib.

General bildirib ki, İran Azərbaycan ilə 756 kilometrlik quru və su sərhədinə malikdir. Qarşılıqlı əməkdaşlıq nəticəsində problemlər aradan qaldırılıb və sərhədlərin birgə mühafizəsi həyata keçirilir. İki ölkənin sərhədçiləri arasındakı yaxın münasibətlər narkotik vasitələrin qaçaqmalçılığının, qanunsuz miqrasiyanın və terrorun qarşısını almağa yaxşı imkan yaradıb.

Q. Rezayi deyib ki, bu gün İranın Azərbaycanla olan sərhədi ən təhlükəsiz bölgədir. (AzərTAc)

Azvision.az

Teqlər: İran   General