Qazaxıstanda qətl törədən erməni Rusiyada tutuldu

   Qazaxıstanda qətl törədən erməni Rusiyada tutuldu
  09 Yanvar 2019    Oxunub:2883
Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərindəki “Drevniy Rim” restoranında qətl törədək ölkədən qaçan Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada saxlanılıb.

Azvision.az "Sputink Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, N. Qururyan Omsk vilayətində saxlanılıb və hazırda onun qanunvericiliyə uyğun olaraq Qazaxıstana ekstradisiyası haqqında məsələ həll edilir.

Qeyd edək ki, Qazaxıstanın Karaqanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillərdən ikisi əməliyyat zamanı tutularaq istintaqa təhvil verilsə də N.Qururyan Rusiyaya qaçmışdı.

Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti