Gömrükçülər qanunsuz keçirilən telefonları müsadirə edib

Gömrükçülər qanunsuz keçirilən telefonları müsadirə edib
  09 Yanvar 2019    Oxunub:2724
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Audi A4" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qabaq şitinin içindən 6 ədəd "Samsung Galaxy J6", 2 ədəd "Samsung Galaxy J4" və 2 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar aşkar olunub.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti