Pompeo İraqa vədlər verdi

   Pompeo İraqa vədlər verdi
  09 Yanvar 2019    Oxunub:2202
Yaxın Şərq və Şimali Afrika regionuna turnesi çərçivəsində İraqa səfər edən ABŞ dövlət katibi Mayk Pompeo Bağdadı əmin edib ki, Vaşinqton əvvəlki kimi İŞİD-lə mübarizənin davam etdirilməsinə sadiqdir.
Azvision.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Bağdadda İraq prezidenti Bərham Salehi və baş nazir Adil Abdul daxil olmaqla bir sıra rəsmilərlə görüşlər keçirən Pompeo vurğulayıb ki, ABŞ İraqdakı yeni hökumətin ölkədə sabitliyin təmini və bütün iraqlıların rifahı, təhlükəsizliyi naminə səylərini dəstəkləyir.

ABŞ dövlət katibi Bağdadla, həmçinin İŞİD-in Suriyada son məğlubiyyətini və terrorçuların bütün regionda birdəfəlik məhvi üçün İraqla əməkdaşlığın davam etdirilməsi məsələlərini də müzakirə edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   İraq   ABŞ   İŞİD  





Xəbər lenti