Bakı metrosunda problem: Qatar tuneldə qaldı

   Bakı metrosunda problem:    Qatar tuneldə qaldı
  09 Yanvar 2019    Oxunub:2918
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Azvision.az xəbər verir ki, bu gün saat 19.30 radələrində “Xalqlar dostluğu” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar bir neçə dəqiqə tuneldə qalıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Həzi Aslanov" stansiyasında yolayırıcında yaranan texniki nasazlıq qatarın gecikməsinə səbəb olub. Onun sözlərinə görə, qatarların hərəkət intervalında 5-7 dəqiqə fasilə qeydə alınıb.

Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Azvision.az



Teqlər: Metro   Qatar  





Xəbər lenti