Dünyanın ən zəngin cütlüyü boşanır - FOTOLAR

  09 Yanvar 2019    Oxunub : 1304
 Dünyanın ən zəngin cütlüyü boşanır - FOTOLAR
Dünyanın ən zəngin adamı olan "Amazon" şirkətinin yaradıcısı Ceff Bezos 25 illik həyat yoldaşı MacKenzie Bezosdan boşanır.
Azvision.az xəbər verir ki, bu barədə 54 yaşlı milyarder "Twitter" hesabında məlumat paylaşıb.

"Uzun zaman davam edən sevgi macərasından sonra boşanmağa və həyatımıza dost olaraq davam etməyə qərar verdik. Bir-birimizi tanıdığımız ümün olduqca şanslıyıq. 25 il əvvəl ayrılacağımızı bilsəydik, yenə evlənərdik", - deyə Ceff Bezos bəyan edib.



Qeyd edək ki, məşhur cütlük 1993-cü ildə evlənib, 4 uşaqları dünyaya gəlib. "Forbes" jurnalının reytinq cədvəlinə görə, Ceff Bezos 160 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamıdır.





Azvision.az

Teqlər: Milyarder   Boşanma   Ailə