Naxçıvanda keyfiyyətsiz məhsullar satışdan çıxarılıb

Naxçıvanda keyfiyyətsiz məhsullar satışdan çıxarılıb
  10 Yanvar 2019    Oxunub:1362
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirlib.
Azvision.az xəbər verir ki, iclasda ötən il görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, agentliyin əsas fəaliyyət istiqaməti kimi istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb, ötən il ərzində məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. Ümumilikdə, 2018-ci il ərzində istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarətin davam etdirilməsi barədə verilmiş tapşırıqların
icrası istiqamətində standartların tələblərinə uyğun olmayan 29811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti