“Erməni icması ilə konstruktiv dialoqa hazırıq” - Tural Gəncəliyev

“Erməni icması ilə konstruktiv dialoqa hazırıq” -  Tural Gəncəliyev
  10 Yanvar 2019    Oxunub:2120
"Bu gün Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri xanım Karol Krofts ilə görüşməkdən şərəf duydum".
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdıraraq, Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim", -deyə T.Gəncəliyev vurğulayıb.

Azvision.az


Teqlər: İcma   Tural-Gəncəliyev  





Xəbər lenti