Oğurluq edən polis məsuliyyətə cəlb ediləcək - Ehsan Zahidov
E. Zahidovun dediyinə görə, həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib: “Daxili işlər orqanlarının nüfuzuna xələl gətirən və polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edildi. Eyni zamanda, törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün o, məsuliyyətə cəlb ediləcək”.
E.Zahidov onu da xüsusi vurğulayıb ki, DİN rəhbərliyi bu cür hallara qarşı daim barışmaz və güzəştsiz mövqe tutub və bu istiqamətdə qətiyyətli tədbirlər görür.
Azvision.az