Nazirlik idarə rəisinin ölüm səbəbini açıqladı

   Nazirlik idarə rəisinin ölüm səbəbini açıqladı
  10 Yanvar 2019    Oxunub:2687
Naftalan şəhər gənclər və idman idarəsinin rəisi Aslanov Rövşən Miriş oğlunun ölüm səbəbini açıqlanıb.
Azərbaycan Gənclər və İdman Nazirliyindən Azvision.az verilən xəbərə görə, idarə rəisi yanvarın 9-da qəflətən ürəktutmasından vəfat edib.

Bildirilib ki, 49 yaşlı Rövşən Aslanov, 20 ildən artıq Naftalan şəhər gənclər və idman idarəsinin rəisi vəzifəsində işləyib. İşlədiyi müddət ərzində vəzifə borcunu daim layiqincə yerinə yetirib.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti