Ötən il 150 yaşayış məntəqəsinə qaz verilib

Ötən il 150 yaşayış məntəqəsinə qaz verilib
  10 Yanvar 2019    Oxunub:1441
"Azəriqaz" İstehsalat Birliyi 2018-ci il ərzində 3 192,7 km yeni qaz kəməri quraşdırılıb.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunub.

Ötən il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılaraq təbii qazla təmin edilib.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti