Fransada icazəsiz mitinqlər qadağan edilir
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduard Filip bəyan edib.
Qeyd edək ki, yanvarın 5-də paytaxt Paris daxil olmaqla Fransanın bir sıra şəhərlərində “sarı jiletlilər” hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirib. Artıq etirazçılar Fransanın Avropa İttifaqından çıxmasını və prezident Emmanuel Makronun istefasını tələb edirlər.
İki aya yaxındır Fransada davam edən etirazlarda polislə toqquşma nəticəsində 10 nümayişçi öldürülüb, mindən çox insan yaralanıb, 5 mindən çox etirazçı saxlanılıb, min nümayişçi isə həbs edilib.
Azvision.az