Gəncədə iki vəzifəli şəxs işdən çıxarıldı

  Gəncədə iki vəzifəli şəxs işdən çıxarıldı
  10 Yanvar 2019    Oxunub:3496
Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Dilqəm Alıyev Respublikanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti