Naxçıvan ombudsmanı 31 müəssisəni yoxlayıb

Naxçıvan ombudsmanı 31 müəssisəni yoxlayıb
  11 Yanvar 2019    Oxunub:2867
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında yığıncaq olub.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2018-ci ildə görülmüş işlər barədə məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 2018-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olub.

Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və daxil olan müraciətlər cavablandırılıb. 2018-ci ildə Müvəkkilin Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə keçirilən maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak edib.

Azvision.az



Teqlər: Naxçıvan   Ombudsman  





Xəbər lenti