Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində startaplar təqdim olunub

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində startaplar təqdim olunub
  11 Yanvar 2019    Oxunub:2666
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Beynəlxalq Gənclər Biznes Klubunun təşkilatçılığı, bu ölkədəki səfirliyimizin və Azərbaycan–Fransa Dialoqu Assosiasiyasının tərəfdaşlığı ilə startaplar gecəsi keçirilib.
Assosiasiyadan Azvision.az -a verilən məlumata görə, əvvəlcə təşkilatçılar Fransadakı səfirliyimizə təşəkkürlərini bildiriblər. Ölkəmizdə fəaliyyət göstərən startaplarla əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər. Tədbirdə səfirliyimizin müşaviri Vaqif Ağayev çıxış edib. Bildirib ki, səfirliyin Mədəniyyət Mərkəzinin məqsədi mədəniyyətimizi təşviq etmək və iki ölkə xalqlarının daha da yaxınlaşmasına töhfə verməkdir.



V.Ağayev ölkəmizdə gənclərə və startaplara dövlət qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb. Gələcəkdə iki ölkənin gəncləri və startapları arasında sıx əlaqələr yaranacağına və onların birgə fəaliyyət göstərəcəklərinə ümidvar olduğunu deyib.



“Gulf Development Company” şirkətinin meneceri Hussam Nasravin səfirliyimizə tədbirdə tərəfdaş olduğu üçün təşəkkür edib. O, Azərbaycan startapları ilə yaxından maraqlandıqlarını və onlarla əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıb. Azərbaycanın gənc və perspektivli ölkə olduğunu vurğulayaraq, onun öz inkişafı ilə dünyanın diqqətini cəlb etdiyini bildirib.



Tədbirdə bir neçə startap şirkəti fəaliyyətləri ilə bağlı təqdimatlar ediblər. Sonda Ceyhun Aydınoğlu zurna, balaban, tütək və sazda xalq mahnılarımızı səsləndirib. Azərbaycan musiqisi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.



Azvision.az


Teqlər: Paris   Azərbaycan  





Xəbər lenti