Rusiyadan gələn şəxs "Lyrica" ilə tutuldu

Rusiyadan gələn şəxs "Lyrica" ilə tutuldu
  11 Yanvar 2019    Oxunub:1709
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə, üzərində "PGN 300" yazısı olan 11 kapsul "Lyrica (preqabalin)" dərman pereparatı aşkar olunub.

Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   DGK  





Xəbər lenti