Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub

Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub
  11 Yanvar 2019    Oxunub:2101
2018-ci il ərzində Dövlət Miqrasiya Xidmətində 9 nəfər işə qəbul olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, yeni işçilərin götürülməsi ilə bağlı iki müsabiqə keçirilib: "Onlardan biri kiçik heyətə əməkdaşların qəbul edilməsi, 2-cisi isə orta rütbəli heyətə işçilərin qəbul edilməsi ilə bağlı olub. 1-ci müsabiqə üzrə 9 yeni əməkdaş artıq qəbul edilib, 2-ci müsabiqə üzrə isə test mərhələsi başa çatıb və hazırda müsahibə mərhələsi davam edir. Bu müsabiqədə də 14 yeni əməkdaşın işə qəbulu nəzərdə tutulur".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti  





Xəbər lenti