Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilib? - İddia

   Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilib? -    İddia
  11 Yanvar 2019    Oxunub:3204
Azərbaycana “donuz qripi” adlandırılan H1N1 virusuna qarşı peyvənd gətirilib.

Azvision.az xəbər verir ki, bu barədə həkim-terapevt Zaur Oruc məlumat yayıb. Onun sözlərinə görə, peyvənd ölkəmizə yanvarın 9-da gətirilib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edən Z.Oruc peyvəndin qiymətinin 38 manat olduğunu iddia edib.

"Hər il dünyada qripə qarşı vurulan peyvəndin içərisində 3 ştamp var ki, onlardan biri də H1N1 virusuna qarşıdır. Yəni sırf “donuz qripi”nə qarşı ayrıca peyvənd yoxdur".

Səhiyyə Nazirliyi məlumatı təsdiqləməyib. Nazirlikdən Azvision.az -a bildirilib ki, ümumiyyətlə "donuz qripi"nə qarşı hansısa vaksinasiya mövcud deyil:

“Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqaisədə çox aşağıdır. Ümumi qrip vaksinasiyası var ki, o da planlı şəkildə həyata keçirilməyib. Mövsümi qrip əleyhinə peyvənd var və istənilən vətəndaş özünü klinikalarda peyvənd elətdirə bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Donuz-Qripi   Vaksin  





Xəbər lenti