Gömrükdə bəyan olunmayan mallar aşkarlandı

Gömrükdə bəyan olunmayan mallar aşkarlandı
  11 Yanvar 2019    Oxunub:1671
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Setra Kaessbohrer" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasının içərisindən gömrük orqanına bəyan olunmayan 14600 ədəd mobil telefon üçün örtüklər, 6000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.





Azvision.az


Teqlər: Gömrük   DGK  





Xəbər lenti