Milli Parkda daha bir bəbir qeydə alınıb - FOTOLAR

Milli Parkda daha bir bəbir qeydə alınıb -    FOTOLAR
  11 Yanvar 2019    Oxunub:2359
Hirkan Milli Parkının ərazisində daha bir bəbir qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə birgə Hirkan Milli Parkının ərazisində bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri növbəti monitorinq zamanı foto-tələlər vasitəsilə bəbirin fotoşəkilləri qeydə alınıb.

Qeyd edək ki, Hirkan Milli Parkının ərazisində bəbirlərin müntəzəm qeydə alınan şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.



Azvision.az



Teqlər: Bəbir  





Xəbər lenti