Trampın qızı Dünya Bankına sədrlik edəcək

   Trampın qızı Dünya Bankına sədrlik edəcək
  12 Yanvar 2019    Oxunub:2722
Dünya Bankının hazırkı rəhbəri Cim Yon Kim təqaüdə çıxandan sonra ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp onun postuna sahiblənərək, beynəlxalq maliyyə təşkilatının idarəçiliyini ələ keçirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” qəzeti etibarlı mənbəsinə istinadən yazıb. Qeyd olunub ki, hazırda Dünya Bankının sədri vəzifəsinə ən potensial namizədlər sırasında İvanka Trampın adı çəkilir.

Mənbənin sözlərinə görə, bu posta ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin keçmiş rəhbəri Nikki Heyli də iddialıdır.

Xatırladaq ki, 2012-ci ildən bəri Dünya Bankının sayca 12-ci prezidenti olan Cim Yon Kim fevralın 1-də vəzifəsindən istefa verərək təqaüdə çıxacağını bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: DünyaBankı   ABŞ  





Xəbər lenti