Parisdə güclü partlayış: 4 ölü, 47 yaralı - (Yenilənib)

Parisdə güclü partlayış:  4 ölü, 47 yaralı - (Yenilənib)
  12 Yanvar 2019    Oxunub:5546
Fransanın paytaxtı Parisdə baş verən partlayış nəticəsində 4 nəfər həlak olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 47 nəfər xəsarət alıb.



***
Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

***
Fransanın paytaxtı Parisin mərkəzində güclü partlayış baş verib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 9-da Treviz küçəsindəki çörək istehsalı müəssisəsində baş vermiş partlayışdan sonra yanğın başlayıb. Sexin olduğu yaşayış binasına ciddi ziyan dəyib.

Hadisə yerinə təhlükəsizlik və xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayışın qaz sızamasından baş verdiyi ehtimal olunur. Çoxlu sayda yaralı olduğu bildirilsə də, ölənlər haqqında hələ ki məlumat yoxdur.

Azvision.az



Teqlər: Paris  





Xəbər lenti