İspaniyada erməni dəstəsi tutuldu - Danışılmış oyunları təşkil edirlərmiş
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Mülki Qvardiyası məlumat yayıb.
Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunub. Ehtimal edilir ki, bu müddət ərzində onlar milyonlarla avro gəlir əldə edib. Mülki Qvardiya əməliyyatı ötən ilin oktyabr ayında keçirsə də, onun təfərrüatları barədə yalnız indi məlumat verilib.
Axtarışlar İspaniyanın doqquz əyalətində aparılıb, 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik məmulatları aşkar edilib. 42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: İspaniya Ermənistan Tennis