Ermənistanda rus hərbçilərinə qarşı etiraz

   Ermənistanda rus hərbçilərinə qarşı etiraz
  12 Yanvar 2019    Oxunub:3131
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı piket təşkil olunub. Aksiyanın təşkilatçıları iddia edirlər ki, onların etirazları Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının əsgərlərinin törətdikləri cinayətlərə qarşıdır.
Erməni KİV-lərinin yaydığı məlumata görə, 102-ci hərbi bazanın qarşısında keçirilmiş piket 2015-ci il yanvarın 12-də bir erməni ailəsinin yeddi üzvünün qətlə yetirilməsinin ildönümündə təşkil olunub.

Piket iştirakçılarının Ermənistan hökuməti, Rusiyanın Ermənistandakı səfirliyi və hərbi bazanın komandirinə ünvanlanmış müraciətində deyilir ki, 1999-cu ildən bəri rus hərbçilərinin törətdikləri cinayətlər nəticəsində Ermənistanın 12 vətəndaşı ölüb, 14 nəfər yaralanıb.

Azvision.az



Teqlər: Ermənistan   Etiraz   Piket  





Xəbər lenti