Şirvanda iki maşın toqquşub, yaralılar var

   Şirvanda iki maşın toqquşub,    yaralılar var
  13 Yanvar 2019    Oxunub:2912
Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. (Report)

Azvision.az



Teqlər: Şirvan   Qəza  





Xəbər lenti