"Almeydanın gedişinə heyfslənirəm" - Qriqorçuk

   "Almeydanın gedişinə heyfslənirəm" -    Qriqorçuk
  13 Yanvar 2019    Oxunub:3330
Qazaxıstan "Astana"sının baş məşqçisi Roman Qriqorçuk Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın "Qarabağ"a dönüşünə münasibət bildirib.
Ukraynalı mütəxəssis deyib ki, 30 yaşlı braziliyalı yarımmüdafiəçinin paytaxt klubunu tərk etməsinə heyfslənir:

"Almeyda ilə daha çox işləyə bilmədiyim üçün təəssüflənirəm. O, hörmətlə yanaşdığım çox yaxşı futbolçudur. Bundan sonra birgə çalışmayacağımıza görə heyfsilənirəm. Ancaq onun seçiminə hörmətlə yanaşıram və uğurlar arzulayıram".

Qeyd edək ki, Riçard Almeyda ötən mövsümün sonunda tərk etdiyi “Qarabağ”a 1 illik icarə əsasında qayıdıb. (Report)

Azvision.az



Teqlər: Almeyda  





Xəbər lenti