AQTA-ya zəhərlənmə ilə bağlı 4 müraciət daxil olub

  13 Yanvar 2019    Oxunub : 604
 AQTA-ya zəhərlənmə ilə bağlı 4 müraciət daxil olub
31 dekabr 2018-ci il - 2 yanvar 2019-cu il tarixlərində Qida Təhlükəsizliyi Agentliyinə 1003 nömrəli “Çağrı Mərkəzi”, rəsmi sosial şəbəkə səhifəsi və (012) 377-00-77 şəhər telefonu vasitəsi ilə ümumilikdə 13 müraciət daxil olub.
AQTA-dan Azvision.az -a bildirilib ki, həmin müraciətlər icra üçün Agentliyin müvafiq şöbələrinə təqdim edilib.

"Bu dövrdə agentliyə zəhərlənmə ilə bağlı 4 müraciət daxil olub. Onlardan yalnız 1-nin qida zəhərlənməsi olduğu təsdiqini tapıb. Qida zəhərlənmələri ilə bağlı daxil olmuş müraciətlər bütün hallarda aidiyəti üzrə araşdırılıb və müvafiq qaydada icrası təmin olunub".

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA   Zəhərlənmə