63 yaşlı kişi özünü yandıraraq intihar etdi

  14 Yanvar 2019    Oxunub : 694
 63 yaşlı kişi özünü yandıraraq intihar etdi
Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini 1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Şəki   İntihar