Rusiyada partlayış: 140 nəfər təxliyyə olunub, ölən var

  Rusiyada partlayış:  140 nəfər təxliyyə olunub, ölən var
  14 Yanvar 2019    Oxunub:2096
Rusiyanın Rostov vilayətinin Şaxtı şəhərində 9 mərtəbəli binada partlayış olub.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı binanın səkkiz və doqquzuncu mərtəbəsi dağılıb, yeddinci mərtəbəyə ciddi ziyan dəyib. 140 nəfər ərazidən təxliyyə olunub.
Dağıntılar altında qalan ana və övladı xilas edilib, bir nəfərin isə meyiti tapılıb. Şəhərin Fövqəladə Hallar Nazirlyinin yaydığı məlumata əsasən, hazırda altı nəfərin axtarşıları davam edir. Hadisə yerində müvafiq qurumlar işləyir.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Rusiya   Partlayış  





Xəbər lenti