Özünə od vuran İslamovun vəziyyəti ağırdır - Nazirlik

   Özünə od vuran İslamovun vəziyyəti ağırdır -    Nazirlik
  14 Yanvar 2019    Oxunub:1922
Bakının Sulutəpə qəsəbəsində 40-cı Polis Bölməsinin qarşısında üzərinə benzin tökərək od vuran şəxsin tənəffüs yolları yanıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda Tərlan İslamovun vəziyyəti ağırdır.

“1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən İslamovun bədənin müxtəlif nahiyələri yanıb və 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir”, - deyə nazirlikdən bildirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti