İranda təyyarə qəzasında 15 nəfər ölüb - FOTOLAR (Yenilənib)

 İranda təyyarə qəzasında 15 nəfər ölüb -  FOTOLAR (Yenilənib)
  14 Yanvar 2019    Oxunub:5400
İranda “Boeing-707” tipli yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Azvision.az "Fars" agentliyinə istinadən xəbər verir ki, təyyarə evlərinin olduğu əraziyə düşüb. Bir neçə evə ciddi ziyan dəyib.
Təyyarənin göyərtəsində 16 nəfər olub. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ qalıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. İranın Müdafiə Nazirliyi yük təyyarəsinin orduya məxsus olduğunu açıqlayıb.

***
İranda “Boeing-707” tipli yük təyyarəsi qəzaya uğrayıb. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərindən havaya qalxan təyyarə Tehranın yaxınlığında yerə çırpılıb.

Təyyarədə 10 nəfərin olduğu bildirilir. Məlumata görə, təyyarə Kərəç hava limanına enməyə hazırlaşarkən qəza baş verib. Hadisə yerinə polis və xilasetmə qüvvələri cəlb olunub.












Azvision.az



Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti