Diniyev "Sabah"a keçdi

Diniyev "Sabah"a keçdi
  14 Yanvar 2019    Oxunub:2109
"Sabah" FK heyətini yeni futbolçuyla gücləndirib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra komandanın uğurları üçün çalışacaq. 23 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Diniyev karyerası ərzində "İnter" (2013-2015) və "Qarabağ" (2015-2019) klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.

Azvision.az


Teqlər: Sabah   Coşqun-Diniyev  





Xəbər lenti