Naxçıvan televiziyasına 200 minlik avadanlıq alınıb

Naxçıvan televiziyasına 200 minlik avadanlıq alınıb
  14 Yanvar 2019    Oxunub:2842
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ötən ilin yekunları ilə bağlı iclas keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda çıxış edən komitə sədri Sahil Tahirli bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəyəri 200 min manata yaxın 22 adda müasir yayım və çəkiliş avadanlıqları alınıb, komitənin binası yenidən qurulub, teleradionun efir vaxtı bir saat artırılıb.

Komitə sədri qeyd edib ki, 2018-ci il Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları üçün səmərəli fəaliyyətlə yadda qalıb. Amma buna baxmayaraq, işdəki nöqsanlar və çatışmazlıqlar da əməkdaşların diqqətinə çatdırılıb. Sadalanan çatışmazlıqların aradan qaldırılması və yeni ildə daha yaxşı verilişlərin, proqramların hazırlanması yolları müzakirə edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Teleradio   Komitə  





Xəbər lenti