Paşinyan 17 hökumət üzvünü işdən qovdu

   Paşinyan 17 hökumət üzvünü işdən qovdu
  14 Yanvar 2019    Oxunub:2335
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan hökumətdə təmsil olunan 17 nəfəri tutduqları vəzifələrindən azad edib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın hökumət üzvlərini işdən çıxarmasının səbəbi həmin şəxslərin son parlament seçkilərində deputat mandatı əldə etmələridir.
İşdən çıxarılanlar arasında Paşinyanın özünün mətbuat katibi Arman Yeqonyan, Dövlət Nəzarət Xidməti rəisinin müavini Tiqran Urixanyan, Paşinyanın məsləhətçiləri Varazdat Karapetyan və Nokolay Baqdasaryan, köməkçiləri Aren Mkrtçyan və Arpine Davoyan, xarici işlər nazirinin müavini Ruben Rubinyan, nəqliyyat, rabitə və informasiya texnoligiyaları nazirinin birinci müavini Armen Pambuxçyan, bir neçə əyalət qubernatorlarının müavinləri və digər vəzifəli şəxslər var.

Qeyd edək ki, bu gün Ermənistanın yeni tərkibli parlamentinin ilk iclasında deputatlar and içərək vəzifələrinin rəsmi icrasına başlayıblar.

Bundan əvvəl isə erməni ekspertlər bəyan etmişdilər ki, hazırkı müvəqqəti hökumətdə Paşinyanın bir sıra silahdaşı parlament seçkiləri yolu ilə ondan uzaqlaşmaq taktikasını seçəcəklər. Səbəb isə, Ermənistanı gözləyən potensial daxili siyasi təlatümdə deputat mandatı ilə baş nazirə müxalif çıxmağın daha asan olmasıdır. Bununla onlar Paşinyana xəyanətin ən taktiki və rahat yolunu seçiblər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti