Sumqayıtdan Tağıyev qəsəbəsinə gedən yol bağlanacaq

 Sumqayıtdan Tağıyev qəsəbəsinə gedən yol bağlanacaq
  14 Yanvar 2019    Oxunub:1918
Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq 15 yanvar tarixində sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən xəbərə görə, sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti