Türkiyə mətbuatı Azərbaycanın döyüş sursatından yazdı

   Türkiyə mətbuatı Azərbaycanın döyüş sursatından yazdı
  14 Yanvar 2019    Oxunub:3241
Türkiyənin savunmasanayi.org saytının rəsmi “Facebook” səhifəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və bu günlərdə poliqon sınaqları keçirilən 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatı ilə bağlı məlumat yayılıb.
Azvision.az xəbər verir ki, “Facebook” səhifəsində poliqon sınaqlarının əsas məqsədi və nəticəsi barədə ətraflı məlumat verilib.



Qeyd edək ki, ötən ilin dekabr ayının sonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan 125 millimetrlik tank topları üçün nəzərdə tutulmuş döyüş sursatının poliqon sınaqları keçirilib və müsbət nəticə əldə edilib. Yüksək dağıcı qüvvəyə malik 125 millimetrlik artırılmış qüvvəli qəlpəli-fuqaslı mərmili atəş yığımı Silahlı Qüvvələrin arsenalında olan T-72, T-90C tipli tanklarda quraşdırılan 125 millimetrlik tank topundan atəş aparmaq üçün istifadə olunur. Atəş yığımı düşmənin canlı qüvvəsinə, səhra tipli istehkam qurğularına, artilleriya, minaatan, raket qurğularının atəş mövqelərinə və müxtəlif növ atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.



Azvision.az


Teqlər: Türkiyə   MSN   Tank-topları  





Xəbər lenti