Pensiyalar nə vaxt ödəniləcək? - Nazirlik açıqladı

 Pensiyalar nə vaxt ödəniləcək? -  Nazirlik açıqladı
  14 Yanvar 2019    Oxunub:3877
Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir. Eyni zamanda, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərin görə, texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq.

"Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək".

Azvision.az



Teqlər:





Xəbər lenti