Göygöldə qanunsuz ov edənlər saxlanıldı - FOTO

  Göygöldə qanunsuz ov edənlər saxlanıldı -    FOTO
  15 Yanvar 2019    Oxunub:3180
Yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri və ümumi sayı 84 ədəd patron, habelə ovladıqları 2 ədəd dovşan götürülüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.





Azvision.az



Teqlər: DİN   Göygöl   Ov  





Xəbər lenti