Parklarda yaşayan kişi sığınacağa aparıldı - Fotolar

Parklarda yaşayan kişi sığınacağa aparıldı -    Fotolar
  15 Yanvar 2019    Oxunub:2214
Abşeron rayonunun Xırdalan şəhərində 1959-cu il təvəllüdlü Eyyubov Adil Balağa oğlunun daimi yaşayış yeri olmadığı üçün müxtəlif ictimai-iaşə obyektlərində, parklarda gecələdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb.
Azvision.az -ın məlumatına görə, qurumun mətbuat katibi Fazil Talıbov deyib ki, bir neçə saat bundan öncə nazirliyin əməkdaşları Adil Eyyubovu Xırdalan şəhərində gecələdiyi yerdən götürərək Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa gətirdilər.



"Adil Eyyubov burada stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcək. Bu müddətdə onun normal həyat tərzinə qayıdışı, həmçinin məşğulluq orqanları ilə birgə işlə təminatı üçün müvafiq işlər aparılacaq".





Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti