Məmmədyarov bu gün erməni nazirlə görüşəcək

   Məmmədyarov bu gün erməni nazirlə görüşəcək
  16 Yanvar 2019    Oxunub:2145
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Azvision.az xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Parisdə baş tutacaq.
Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti