İranın Baş Qərargah rəisi Azərbaycana gəldi

 İranın Baş Qərargah rəisi Azərbaycana gəldi
  16 Yanvar 2019    Oxunub:1561
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

Azvision.az xəbər verir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə təşkil olunacaq səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.
İkigünlük səfər çərçivəsində Azərbaycan ilə İran arasında müdafiə sahəsində mövcud əlaqələr və işbirliyi, sərhəd əməkdaşlığı, terrorizmə qarşı mübarizə və regionda baş verən hadisələr haqqında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana ilk səfəridir.

Azvision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti