Nəcməddin Sadıkov NATO-nun toplantısında - FOTOLAR

 Nəcməddin Sadıkov NATO-nun toplantısında -    FOTOLAR
  16 Yanvar 2019    Oxunub:5261
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.







Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Nəcməddin-Sadıqov  





Xəbər lenti