Axtarışda olan 188 nəfər saxlanılıb

 Axtarışda olan 188 nəfər saxlanılıb
  16 Yanvar 2019    Oxunub:1250
Yanvar ayının 15 günündə respublika üzrə 1704 cinayət faktı qeydə alınıb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yanvar ayının 1-dən 15-dək axtarışda olduğuna görə 188 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 419 nəfər saxlanılıb.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: DİN   Cinayət   Axtarış  





Xəbər lenti